Bu gün Şotlandiya Kubokunun yarımfinal mərhələsində “Seltik” “Reyncers”lə qarşı-qarşıya gəlib.
Korner.az-ın məlumatına görə, “Seltik” 2-0 hesablı qələbə qazanıb.
Qollar:
“Seltik”: Kallum Makqreqor 11, Skott Sinkliar 51.
“Reyncers”: –
Beləliklə, “Seltik” adını finala yazdırmış oldu. “Zolaqlılar”ın finaldakı rəqibi “Aberdeen” klubu olacaq.
