“Seltik” Brendon Rocerslə yollarını ayırdı
28.10.2025 , 11:46
Şotlandiyanın “Seltik” klubu baş məşqçi Brendon Rocerslə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssisin istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul edilib. Rocersin ayrılığından sonra komandanı müvəqqəti olaraq Martin O’Nill çalışdıracaq.
İrlandiyalı mütəxəssis 2000–2005-ci illər arasında da “Seltik”in baş məşqçisi olub və həmin dövrdə klubla bir neçə uğura imza atıb.
Hazırda “Seltik” Şotlandiya Premyer Liqasında 9 turdan sonra 17 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Harts”dan 8 xal geri qalır.