Futbol

“Seltik” baş məşqçisini qovdu

24.02.2021 , 19:45

“Seltik” baş məşqçisi Nil Lennonla yollarını ayırıb.

Korner.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 49 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun göndərilməsinə komandanın çempionatdakı uğursuz çıxışı səbəb olub.

Komandanı müvəqqəti olaraq Lennonun köməkçisi Con Kennedini əvəzləyəcək.

Lennon 2019-cu ilin mayından “Seltik”in baş məşqçisi təyin olunmuşdu.

Son yazılar

Yuxarı