“Seltik” 50-ci dəfə çempion oldu
04.05.2019 , 19:45

“Seltik” klubu Şotlandiya çempionatının qalibi olub.
“Aberdin” səfərində 3:0 hesabı ilə qələbə qazanan “Seltik” ardıcıl 8-ci dəfə ölkə çempionu olub. 84 xalı olan “Seltik” ən yaxın izləyicisi “Reyncers” klubunu 12 xal qabaqlayıb.
Qeyd edək ki, “Seltik” klubu sayca, 50-ci dəfə ölkə çempionu olub.
