“Selta”nın baş məşqçisi qovuldu
04.03.2019 , 16:50

İspaniyanın “Selta” klubu baş məşqçisi Miçel Kardoso ilə yollarını ayırıb.
46 yaşlı mütəxəssisin qovulmasına səbəb son oyunlar uğursuz nəticələr əldə etməsi olub. “Selta”nı bundan sonra Fran Eskriba çalışdıracaq.
Qeyd edək ki, “Selta” 25 turdan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
