“Selta”nı ud, “Real”ın baş məşqçisi ol
10.11.2018 , 17:19

Santyaqo Solari “Real”ın baş məşqçisi ola bilər
Klub rəhbərliyi Xulen Lopeteqinin qovulmasından sonra müvəqqəti olaraq bu vəzifəyə gətirilən gənc mütəxəssisin qarşısına şərt qoyub. Əgər Madrid təmsilçisi La Liqanın 12-ci turunda sabah “Selta”ya uduzmasa, Solarin mövsümün sonuna kimi komandanın yeni baş məşqçisi təyin olunacaq.
Qeyd edək ki, “Real” Solarinin rəhbərliyi altında çıxdığı 3 oyunun hamısında qələbə qazanıb. Bu matçlarda 11 qol vuran “kral klubu” qapısını isə toxunulmaz saxlayıb.
