İspaniya La Liqasında mübarizə aparan “Selta” (Viqo) futbolçusu Aspas ilə yeni müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, 29 yaşlı oyunçu ilə müqavilənin müddəti 2022-ci ilin iyun ayının 30-na qədər uzadılıb.
Qeyd edək ki, İspaniya millisinin də şərəfini qoruyan hücumçu bu mövsüm “Alaves” forması ilə bütün turnirlər daxil olmaqla 38 oyunda iştirak edib, 21 qol vurub.
