“Selta”da yeni baş məşqçi
14.03.2024 , 20:59

“Selta”da yeni baş məşqçi təyinatı reallaşıb.
Korner.az xəbər verir ki, komandanı Klaudio Xiraldes çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Xiraldes bir neçə gün əvvəl istefaya göndərilən Rafael Benitesi əvəzləyib.
