İspaniya La Liqasının 21-ci turu çərçivəsində bu gün keçirilməsi nəzərdə tutulan “Selta Viqa” – “Real” (Madrid) matçı təxirə salınıb.
Korner.az-ın məlumatına görə, güclü külək oyunun təxirə salınmasına səbəb olub.
Fırtına nəticəsində oyunun keçiriləcəyi “Balaidos” stadionunun damına ziyan dəyib. Qarşılaşmanın hansı gün keçiriləcəyi isə hələ açıqlanmayıb.
