“Selta” onunla müqaviləyə xitam verdi
07.08.2023 , 10:59

“Selta” hücumçusu həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.
Korner.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Santi Minanın müqaviləsi birtərəfli qaydada ləğv edilib.
İyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib.
