“Selta” baş məşqçini göndərdi
10.06.2023 , 17:23

İspaniyanın “Selta” klubu baş məşqçisi Karlos Karvalhal ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə La Liqa klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
