Bir neçə gün əvvəl, yalnız futbol üzrə Azərbaycan milli komandasını tribunada dəstəkləmək qərarı alan “Sektor 11” azad azarkeş qrupu Norveçlə oyunda millimizin yanında olacaq.
“Sektor 11” azad azarkeş qrupu olaraq həmişə olduğu kimi Norveçlə oyunda da milli komandamızdan dəstəyimizi əsirgəməyəcəyik. 200 nəfər üzvümüz oyun günü “Bakcell Arena”da olacaq. Oyuna 11 müxtəlif plakatlar hazırlamışıq. Bundan əlavə Türkiyədən “Sektor 11″-in yeni şarflarını sifariş vermişik. Oyuna tam hazırıq. Və çox istərdik ki, milli komandamızın baş məşqçisi yerli mütəxəssis olsun. Milli komandamızdan qələbə gözləyirik və hər kəsi stadionda komandamıza dəstək olmağa çağırırıq.”
Qeyd edək ki, Azərbaycan-Norveç matçı 16 noyabr saat 21:00-da “Bakcell Arena”da start götürəcək.
