Hər zaman Azərbaycan tribunlarında ilklərə imza atmış "Sektor 11" azad azakeş qrupu "Neftçi"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də Bakıda "İnter"ə qarşı keçirəcəyi oyuna da biganə qalamayacaq.
Korner.az-ın məlumatına görə, "Sektor 11" bu dəfə daha möhtəşəm, daha böyük və daha səsgətirən koreografi şousunu etməyə hazırlaşır. Planlaşdırdılan koreografinin sxemi artıq hazırdı. "Sektor 11"in göstərəcəyi şou T.Bəhramov stadionun 1-ci sektorundan 9-cu sektoruna qədər bürüyəcək və APOEL maçında etdiyimiz "Şərəfin üçün oyna, Neftçi!" şousundan qat-qat böyük və möhtəşəm olacaq!
Lakin bu şounu göstərmək üçün maddi sıxıntısı olan "Sektor 11" bunun həll olunacağı təqdirdə stadionda möhtəşəm aura yaradacağını bildirir.
