Asiya Futbol Federasiyası 34 yaşlı livanlı hakimin karyerasını bitirib.
Korner.az-ın məlumatına görə, Əli Sabbağ adlı hakim Sinqapurda idarə etdiyi futbol qarşılaşmasını qərəzli idarə etdiyi üçün hakimlikdən ömür boyu uzaqlaşdırılıb. Buna səbəb hakimin seks qarşılığında oyun alqı-satğısı ilə məşğul olması olub. Onun köməkçiləri Əli Eid və Abdullah taleb isə 10 il ərzində hakimlikdən uzaq qalacaqlar. Hər üç hakim cəza müddətləri ərzində stadiondan heç bir matçı belə izləyə bilməyəcək.
