Yaponiyada keçirilən Kirin kubokunda ilk finalçı məlum olub.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Hersoqovina millisi yarımfinalda Danimarkaya qalib gələrək finala vəsiqə qazanıb.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesbaı ilə başa çatdığındna qalibi penaltilər müəyyənləşdirib. Burada isə bosniyalılar daha dəqiq olublar. Start heyətdə meydana çıxan və sona qədər mübarizə aparan Şehiç penaltilərdən birini dəf edib.
