“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin Bosniya və Herseqovina millisinin heyətində ciddi zədələndiyi deyilsə də, bu xəbərlər həqiqəti əks etdirmir.
Korner.az-ın məlumatına görə, bu barədə futbolinfo.az-a qolkiperin özü məlumat verib.
O bildirib ki, kiçik problem olub və hazırda hər şey qaydasındadı: “Bu gün “İnter”ə qarşı oyunda baş məşqçi şans verəcəyi halda meydana çıxa bilərəm. Milli komandanın heyətində kiçik bir zədə almışdım. Hazırda heç bir problem yoxdu və hər şey qaydasındadı”.
Qeyd edək ki, “Qarabağ” bu gün Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakcell Arena”da “İnter”lə qarşılaşacaq.
