“Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç “Facebook”dakı səhifəsində etdiyi maraqlı paylaşımla diqqət çəkib.
Uzun illərdi Ağdam klubunda çıxış edən qolkiper komanda yoldaşı Elvin Yunuszadə ilə birlikdə “Atletiko” ilə matçdan sonra bir-birini təbrik üçün qucaqlaşdıqları şəklin fotoşopda işlənmiş versiyasını paylaşıb.
Fotoda Şehiçin Elvinlə birlikdə Şuşa Qalasına doğru getdiyi əks olunub. Əcnəbi futbolçunun bu paylaşımı sosial şəbəkələrdə azarkeşlər tərəfindən sevinclə qarşılanıb.
