“Qarabağ”ın qapıçısı İbrahim Şehiç komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, o, ölkəsinin mətbuatına müsahibəsində maraqlı məqamlara toxunub.
Təcrbüəli əlcək sahibi yaxşı təklif olacağı halda Azərbaycan klubunda gedə biləcəyini dilə gətirib:
“Qarabağ”la iki illik sözləşməm var. Avropdan təklif alsam, bu barədə düşünmək olar. “Qarabağ” üçün də sərfəli təklif olsa, komandadan gedə bilərəm. Ancaq indiki halda məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Heyətimizi gücləndirməklə buna nail olmağa çalışacağıq”.
