İspaniyanın "Barselona" klubu İngiltərə Premyer Liqasında mübarizə aparan "Sauthempton"un futbolçusu Sedrik Soares ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
İddia edilir ki, İngiltərə təmsilçisi 25 yaşlı müdafiəçini ən azı 20 milyon avroya satmaq fikrindədir.
"Katolon" klubunun mövsümün sonunda Soares üçün təklif göndərəcəyi bildirilir.
Xatırladaq ki, portuqaliyalı bu mövsüm 21 oyuna 1 məhsuldar ötürmə edib.
