Azad azarkeşi qrupu “Sector 11”-in 5 yaşı tamam olur.
Korner.az-ın məlumatına görə, 5 il öncə iyulun 1-də fəaliyyətə başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınıb və fəal azarkeşləri öz ətrafında toplamağı bacarıb.
Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul ediblər.
Azarkeş qrupunun rəhbəri Atanur Cəfərlini və bütün fanatlarını saytımız adından təbrik edirik
