Ağır atletlərimiz arasında “Zirvə” İdman Klubunun 2-ci seçmə mərhələsi keçirilir. Bu raundun yekununa görə uğurlu nəticələrə imza atan uşaqlar final mərhələsinə vəsiqə əldə edəcəklər”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Zirvə” İdman Klubunun direktor müavini, beynəlxalq dərəcəli hakim Azad Mustafayev bildirib.
Mustafayev yarış barədə bu cür danışdı: “Ümumilikdə il ərzində 6 dəfə “Zirvə” klubunun üzvləri bir araya gəlirlər. Bu yarışlardan ikisi daha əhəmiyyətlidi: avqustda keçirilən “Zirvə Kuboku” və dekabrda baş tutacaq “Final mərhələsi”. Yarışlarımızda 9 yaşdan başlayaraq idmançılarımız iştirak edirlər. Qaliblər çəki dərəcəsi ilə deyil, yaş qrupları üzrə müəyyənləşir. Hesablamalar sinkler əmsallar sisteminə uyğun olaraq, aparılır. Burda idmançının cəm şəklində qaldırdığı ağırlıq onun çəkisinə bölünür”.
Klub rəsmisi sonda iştirakçıların sayı barədə də məlumat verdi: “Dəqiq rəqəm söyləyə bilməsəm də, təxmini hesablamalarımıza əsasən bu dəfə ötən seçmə mərhələ ilə müqayisədə, təqribən 50 idmançı artıq iştirak edir və yarışa 550-ə yaxın ağır atlet qatılıb”
