Sebastyan Şimaniski “Renn”də
23.01.2026 , 11:30
Fransanın Liqa 1 təmsilçisi “Renn” polşalı yarımmüdafiəçi Sebastyan Şimaniski ilə müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, futbolçunun “Fənərbağça”dan Fransa təmsilçisinə keçdiyi bildirilib.
Qeyd edək ki, 26 yaşlı Şimaniskinin “Renn”lə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. Bu mövsüm o, “Fənərbağça”da 24 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.