“Ayntraxt” klubunun klubunun yarımmüdafiəçisi Sebastian Rode “Qarabağ” ilə qarşılaşacaqları Avroliqanın pley-off mərhələsindəki oyun barəsində açıqlama verib.
Korner.az-ın məlumatına görə, Almaniya mətbu orqanlarının birinə açıqlama verən 22 yaşlı futbolçu Azərbaycan hansısa bir problemlə qarşılaşmayacaqlarına inandığını bildirib:
“Münhen təmsilçisini evdə qəbul etdikdən sonra Bakıya yola düşəcəyik. Azərbaycanda hansısa problem yaşayacağımıza inanmıram. Çünki “Qarabağ”la evdə keçiriləcək cavab matçında istədiyimiz nəticəni qazana bilərik. Bunu bacaracağımıza inanıram. Ona görə də hazırda bizi “Bavariya” ilə oyun düşündürür”
