“Şaxtyor”un futbolçusu: “Qarabağ” Çempionlar Liqası səviyyəsindədir”
30.01.2019 , 11:01

“Deməzdim ki, “Qarabağ” “Hayduk”dan daha zəifdir. Bu, güclü komandadır. Onlar Çempionlar Liqası, Avropa Liqası səviyyəsindədir”. Bu sözləri Donetsk “Şaxtyor”unun müdafiəçisi Sergey Krivçov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları barədə “Komanda 1″ə müsahibəsində deyib.
O, Ağdam klubu ilə matçda daha yaxşı təsir bağışladıqlarını bildirib: “Çünki daha çox hazırlaşmışdıq. Biz yaxşı rəqiblə oynadıq. Ona görə də Türkiyədəki hər iki matç hazırlığımız üçün faydalı idi. “Qarabağ”la görüşdə isə komandanın oyunu daha yaxşı alındı”.
“Şaxtyor” “Qarabağ”a 3:1 hesabı ilə qalib gəlib.
