“Şaxtyor”dan “Benfika”ya
21.06.2022 , 16:17
“Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Portuqaliya təmsilçisi Ukrayna “Şaxtyor”undan David Neresi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.