“Şaxtyor” baş məşqçisini göndərdi
02.07.2023 , 12:58

“Şaxtyor” baş məşqçisi İqor Yoviçeviçin vəzifəsindən ayrıldığını açıqlayıb.
Korner.az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Yoviçeviç 2022-ci ilin iyulundan Donetsk klubunu çalışdırırdı.
