“Şaxtyor”da yeni baş məşqçi
03.07.2023 , 16:43
“Şaxtyor”un yeni baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, Donetsk təmsilçisinin sükanı Patrik van Leuvenə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Leuven “Şaxtyor”un tarixində 36-cı baş məşqçi olub.
