“Şaxtyor” kapitanı Dario Srna ilə yeni müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2017/18 mövsümünün sonuna kimi uzadılıb.
Qeyd edək ki, Srna 2013-cü ildən Donetsk klubunda çıxış edir. O, indiyə kimi 524 oyunda 49 qol vurub.
