UEFA “Şaxtyor”u cəzalandırıb
Buna klubun azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda “Napoli”yə qarşı matçda pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. Buna görə Donetsk təmsilçisi 12 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Şaxtyor” – “Napoli” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
