“Şaxtyor” baş məşqçisini göndərdi
13.05.2021 , 14:41

Ukraynanın “Şaxtyor” klubu baş məşqçisi Luiş Kaştru ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2019-cu ildən komandanı çalışdırırdı.
