“Komanda” qəzetinin baş redaktoru, tanımmış jurnalist Rəşad Ergün sosial şəbəklərin birində AFFA-nın “Qalatasaray” və “Fənərbaxça” arasında Türkiyə Superkubokunun Bakıda keçirilməsinə verdiyi qərara maraqlı bir status yazıb.
Korner.az həmin yazını sizə olduğu kimi təqdim edir:
“Qalatasaray”la “Fənərbaxça” arasında avqustun 11-də keçiriləcək Türkiyə superkubok matçının Bakıda təşkil olunması təklifi, bu təklifə bizim AFFA-nın “yox” deməsi faktı – bir az güldüm. Bu Elxan Məmmədov türkün düşmənidi, nədi? AFFA-ya bütün rusdillilərin yığışdığını nəzərə alsaq, türklərə nifrət etdiklərini ehtimal etmək olar. Federasiyanın MX rəhbəri Mikayıl Nərimanoğlu Elxan Məmmədovun adından deyib ki, vaxt məhduddiyəti var, ona görə də TFF-nin bu oyunu Bakıda keçirmək təklifinə “yox” dedik. Hansı vaxt məhdudiyyəti? Hərbçilər arasında dünya çempionatı? Başınıza dəysin! Millinin rəsmi, qeyr-rəsmi oyunları? Təpənizə dəysin! Klubların avrokubok matçları? Bundan sizə nə? Keçirdikləriniz hamısı geydirmə yarışlardı və neftin pullarını silməyə yönəlib. Kimi barmağınıza sarımısız? “Qalatasaray”ı, “Fənərbaxça”nı Bakıya gətirmək üçün imkanım olsa AFFA-nı içindəkilərlə birgə keçi qiymətinə sataram. Sizin saxta, geydirmə turnirləriniz sizdən başqa heç kimə maraqli deyil, bədbəxtlər! Bəs deyirdiz Azərbaycan dünya, Avropa çempionatlarını keçirməyə hazırdı? Özüm eşitmişəm. İdmana ancaq görkəminə görə dəxli olan nazir Azad Rəhomov deyib. Saxtakar yığını!“
