Azərbaycanlı futbolçu Saşa Yunisoğlunun çıxış etdiyi Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi məlum olub.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bundan sonra 45 yaşlı mütəxəssis Özcan Bizati komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, bu, 2013-cü ildə “Dənizlispor” klubunda üçüncü baş məşqçi dəyişikliyidir.
