big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Saşa Yunisoğlu: “Foqts məni qırmızı vərəqəyə görə bir daha milliyə çağırmadı” – MÜSAHİBƏ

29.08.2012 , 11:12

"Neftçi"nin futbolçusu Saşa Yunisoğlunun Korner.az saytına müsahibəsi:

– Saşa, ilk oyunda meydanda olmasan da, oyunu canlı olaraq izlədin. Fikrincə, APOEL keçiləsi rəqibdir? Yoxsa çox güc fərqi var?

– Mənim üçün qıraqdan bu oyuna baxmaq ağır idi. Lakin oyunu izləyənlər gördülər ki, "Neftçi" layiqli oyun göstərdi. Düzdü, APOEL çox güclü komandadı. Lakin biz ilk oyunda göstərdik ki, bu komandanı keçmək olar. 

– Mitreskinin gedişindən sonra əsas heyətə düşəcəyin ehtimal olunurdu. Lakin Mitreskinin qayıdışından sonra ehtiyatda qaldın. Halbuki səndən daha gənc Elvin müdafiənin mərkəzində möhkəmlənməkdədi. Səncə, səbəb nədi ehtiyatda qalmağına?

-Mitreskinin komanda da olması yaxşı haldır. O, həm mənə, həm də Elvin Yunuszadəyə nəsə öyrədir. Mənim üçün şərəfdi Mitreski ilə bir komandada oynamaq. Mən əvvəllər televizorda baxırdım onun oyunlarına. Bu gün isə bir komandadayıq. Bu mənim üçün fəxrdi. Əsas heyətə düşə bilməməyimə gəlincə isə "Neftçi"də zəif futbolçu yoxdu. Məşqdə kim özünü daha yaxşı sübut etsə, o da forma şansı qazanacaq. Hələ mövsüm yeni başlayıb. Əsas komandanın uğurudu. Fərqi yoxdu mən oyandım, ya digəri.

– Berti Foqtsun açıqladığı son siyahıda sənin adın yox idi. "Neftçi"də də əsas heyətə düşə bilmirsən. Nə baş verir, bir vaxtlar gələcəyinə ümidlə baxılan Saşa geriləyir?

-Mən özümdə geriləmə hiss etmirəm. Məni həmişə milli komandaya çağırıblar. Bu millət, bu xalq üçün oynayıram və həmişə də oynayaram. Saşa Yunisoğlunun futbolçu kimi milli komanda da çıxışı, tanınması Berti Foqtsun adı ilə bağlıdı. Foqts həmişə mənə güvənib. Ola bilər ki, Avstriya ilə oyunda aldığım qırmızı vərəqəyə görə etimadını artıq əvvəlki kimi qazana bilmirəm. Lakin əsas odur ki, mən səhvimi başa düşmüşəm və üzr istəmişəm. 

-Foqtsla sonuncu dəfə nə vaxt görüşmüsən?

Avstriya ilə oyunda gördüyüm qırmızı vərəqəyə görə mən bir daha milli komandaya çağırılmadım. O vərəqəyə görə Foqts məni bərk danlamışdı. Axırıncı dəfə yanvarda onunla görüşdüm. Mənə dedi ki, komandanda əsas heyətə düş, səni milli komandaya çağırım. Foqts deyir ki, hər bir futbolçu üçün milli komandanın qapısı açıqdır. İnanıram ki, özümü sübut edib milli komandaya çağırılacam.

– Sabah APOEL-lə cavab oyunu var əsas heyətə düşəcəyinə inanırsanmı? Ümumilikdə bu oyun haqda nə deyərdin?

-Heyət oyun günü bəlli olur. Buna görə də mən indi bilmirəm əsas heyətdə meydana çıxacam, ya yox. Lakin özümü hazır hesab edirəm. Biz sabahkı oyunda xalqımızı sevindirmək istəyirik. İnşallah, buna nail olarıq.

Saleh Arslan (Kipr, Nikosiya)

Son yazılar

To Top