Avropa Liqasının qrup mərhələsi çərçivəsinə Serbiyada keçirilən "Partizan" – "Neftçi" oyunundan sonra birincilərin futbolçuları Saşa Stamenkoviçə hücum çəkiblər.
Korner.az-ın məlumatına görə, Saşa baş verən qalmaqala belə şərh verib:
"Öncə onu demək istəyirəm ki, mən yaxşı və tərbiyəli oğlanam, sonra qapıçıyam. Mən hazırda "Neftçi"nin qolkiperi olsam da, ürəyim keçmiş komandam "Srvena Zvezda"dır. Stoykoviç mənim əlimi sıxmamaqla sübut etdi ki, onun haqqında deyilən hər şey həqiqətdir".
