"Oyun çətin keçdi. Qələbə qazanmaq istəyirdik, amma alınmadı".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" – "Partizan" oyunundan sonra flaqmanın qapıçısı Saşa Stamenkoviç deyib.
Stamenkoviç rəqib oyunçuyla girdiyi mübahisədən də danışıb: "Mitroviç hamıyla yaxşı sağollaşdı. Ancaq nə oldusa, birdən "beyni çöndü".
"Mitroviçə zəng edəcəksənmi?" sualına Saşanın cavabı qısa olub: "Mən yaxşı adamlara zəng edirəm".
