Saşa Boeyin yeni ünvanı bəlli oldu
05.02.2026 , 19:28
“Bavariya” müdafiəçisi Saşa Boeyi mövsümün sonunadək icarəyə göndərib.
Korner.az xəbər verir ki, 25 yaşlı fransalı futbolçu karyerasını müvəqqəti olaraq “Qalatasaray”da davam etdirəcək.
Saşa Boey 2024-cü ilin yanvarında İstanbul klubundan Münhen təmsilçisinə transfer olunmuşdu.
O, “Bavariya” forması altında bütün turnirlər üzrə 38 matçda iştirak edib, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.