Sarri: “Kepanı öldürmək fikrim yoxdur”
28.02.2019 , 17:50

“Çelsi” klubunun baş məşqçisi Mauritsio Sarri “Tottenhem” ilə görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Kepa Arizzabalaqanın ehtiyat qapıçı kimi oyuna başlamasına toxunan Sarri onun gələcək oyunlarda yenidən qapıya keçəcəyini bildirib.
“Bizim Kepanı öldürmək niyyətimiz yoxdur. O, öz səhvini anlayıb və cəzasını çəkir. Əsas olan xətasını anlamasıdır. Növbəti oyunlarda Kepa bizimlə olacaq”.
Qeyd edək ki, Sarri liqa kubokunun finalında penaltilər seriyasında ehtiyat qapıçı Villi Kabalyeronu meydana buraxmaq istəyib. Kepa bu qərarla razılaşmayaraq meydanı tərk etməyib.
