Sarri: “Kepa üzr istədi, ancaq…”
26.02.2019 , 18:24

“Çelsi” klubunun baş məşqçisi Mauritsio Sarri komandadakı vəziyyət ilə bağlı açıqlama verib.
Kepa Arrizabalaqa ilə danışdığını bildirən italiyalı mütəxəssis klubda hələ də çaşqınlığın qaldığını etiraf edib.
“Kepa ilə danışmışam. O, bütün komanda yoldaşlarından üzr istəyib. Onunla bağlı son qərarı rəhbərlik verəcək. “Tottenhem” ilə görüşdə qapını kimin qoruyacağını deyə bilmərəm.”
Qeyd edək ki, Sarri penaltilər seriyasında ehtiyat qapıçı Villi Kabalyeronu meydana buraxmaq istəyib. Kepa bu qərarla razılaşmayaraq meydanı tərk etməyib.
