Sarri: “Jiru heç yerə gedə bilməz”
19.04.2019 , 15:00

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri Oliver Jirunun klubdakı gələcək karyerası ilə bağlı danışıb.
İtaliyalı çalışdırıcı fransalı futbolçunun daha bir il klubda qalacağını qeyd edib.
“Jiru daha bir il bizimlə qalacaq. 2 gün əvvəl rəhbərliklə danışdım. Onun bizimlə 1 illik müqaviləsi var. Bu məsələni burada bitirək.”
Qeyd edək ki, Oliver Jiru 2018-ci ildə “Arsenal” klubundan “Çelsi”yə keçib.
