Sarri: “Hiquain üçün çətindir”
01.04.2019 , 19:30

“Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri klubun argentinalı hücumçu Gonzalo Hiquain ilə bağlı sualları cavablandırıb.
İtaliyalı çalışdırıcı Hiquainin çempionata adaptasiya olmaqda çətinlik çəkdiyini deyib.
“Hiquainin zamana ehtiyacı var. O, mənə buranın çətin olduğunu deyir. Rəqib müdafiəçilər fiziki baxımdan çox güclüdülər. Hakimlərin özü də İtaliyadakı hakimlərdən fərqlənir.”
Qeyd edək ki, argentinalı futbolçu bir neçə gün əvvəl milli karyerasını bitirdiyini açıqlamışdı.
