Sarri: “Hazardın vəziyyəti bəlli deyil”
30.03.2019 , 12:47

İngiltərənin “Çelsi” klubunun çalışdırıcısı Mauritsio Sarri “Real” Madridin transfer gündəmində olan Eden Hazard ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
İtaliyalı mütəxəssis transfer pəncərəsinin bağlı olduğunu və vəziyyətin qeyri-müəyyən olduğunu diqqətə çatdırıb.
“Hazırda transfer pəncərəsi bağlıdır. Hazardın nə qərar verəcəyini bilmirəm. Amma onun bütün qərarlarına hörmətlə yanaşacam.”
Qeyd edək ki, belçikalı futbolçu müsahibəsində Zidan ilə işləmək istədiyini demişdi.
