Sarri: “Hazard getmək istəsə…”
09.04.2019 , 10:16

“Çelsi” klubunun baş məşqçisi Eden Hazardın klubdan ayrılması ilə bağlı mətbuatda yer xəbərlərlə bağlı danışıb.
Hazardın qərarlarına hörmət edəcəyini bildirən italiyalı mütəxəssis onu saxlamağa çalışacağını da sözlərinə əlavə edib.
“Hazard özünə yeni macəra axtarmaq istəsə, əlbəttə, gedəcək. Mən onun qərarlarına hörmətlə yanaşacam. Lakin onu saxlamağa çalışacam.”
Qeyd edək ki, Eden Hazardın “Real” Madrid ilə razılıq əldə etdiyi bildirilir.
