Sarri: “Bu vəziyyətə öyrəşmişəm”
31.03.2019 , 23:47

“Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri “Kardiff Siti” klubu ilə görüşdə azarkeşlərin onu istefaya çağırması ilə bağlı şüarlara fikir bildirib.
İtaliyalı mütəxəssis bu cür şeylərə öyrəşdiyini və daha yaxşı olmaları üçün çalışdığını deyib.
“Azarkeşlərin istefa şüarları məni narahat etmir. Son zamanlar bununla tez-tez qarşılaşıram. Onları anlamağa çalışıram. Daha çox çalışıb, yenidən etimadı qazanmalıyıq.”
Qeyd edək ki, görüş “Çelsi” klubunun “Kardiff Siti” üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.
