Sarri: “Başqa futbolçu istəmirəm”
08.04.2019 , 14:30

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri xorvatiyalı futbolçusu Mateo Kovaçiç ilə bağlı açıqlama verib.
İtaliyalı mütəxəssis Kovaçiç ilə yollarını ayırmağı düşünmədiklərini deyib.
“Kovaçiç bizim üçün önəmli futbolçudur. Onunla yola davam etmək niyyətindəyik. Onun yerinə başqasını transfer etmək istəmirik.”
Qeyd edək ki, Mateo Kovaçiç “Real” Madrid klubunun futbolçusudur və icarə əsasında “Çelsi” klubunda çıxış edir.
