Sarri: “Avropa Liqası bizim üçün son şansdır”
07.03.2019 , 17:34

Avropa Liqasının 1/8 final mərhələsində Ukraynanın “Dinamo Kiyev” kollektivi ilə qarşılaşacaq “Çelsi” klubunun baş məşqçisi Mauritsio Sarri jurnalistlərin suallarını cavablandırıb.
Avropa Liqası kubokunu qazanamağı çox istədiklərini vurğulayan italiyalı çalışdırıcı sözlərinə bunu əlavə edib:
“Avropa Liqasını qazanamaq istəyirik. Bu mükafatı qazanmaqla, birbaşa Çempionlar Liqasına vəsiqə qazanmaq mümkündür. “Dinamo Kiev” ilə görüşə çox ciddi yanaşırıq”.
Qeyd edək ki, “Çelsi” – “Dinamo Kiyev” görüşü Bakı vaxtı ilə gecə saat 00:00-da baş tutacaq.
