Futbol matçlarında sarı vərəqə göstərilən futbolçuya zaman cəzası verilməsi gündəmdədir.
Korner.az-ın məlumatına görə, gələn ay mövzu ilə əlaqədar Beynəlxalq Futbol Assosiasiyası Kollegiyasında müzakirələr aparılacaq.
Həndbol və buzüstü xokkey kimi idman növlərində tətbiq olunan zaman cəzasına görə idmançı müəyyən müddət meydanın kənarında gözlədikdən sonra yenidən oyuna daxil olur.
