Santuş daha bir neçə idman obyektləri ilə tanış oldu – FOTOLAR
15.06.2024 , 11:24

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş iyunun 13-də Bakıda daha bir neçə idman obyektləri ilə tanış olub.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə “Azərsun Arena”, “Qarabağ”ın bazası, daha sonra “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzindəki son durumla, eyni zamanda AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, Fernandu Santuş iyunun 13-də “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunda olub.
