“Şanslar hələ də bərabərdir” – Simeone
21.02.2019 , 10:24

“Koke və Dieqo Kosta kimi mühüm oyunçularımız qayıtdıqdan sonra çox güclü komandaya qarşı ağıllı futbol oynaya bildik.Futbolçular bütün epizodlardan istifadə etmək lazım olduğunu bilirlər. Çox vacib nəticə əldə etdilər”.
Bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çemponlar Liqasının 1/8 finalında “Yuventus”a 2:0 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra deyib.
“Turində bizə çətin olacağını bilirik. Bizə çox dözmək lazım olacaq. Çünki istədiyimiz nəticəni əldə etmək üçün başqa üsul görmürəm. Oyunu doğru istiqamətə çevirdik. Biz şanslardan rahat istifadə etdik. Nəticədə çox güclü rəqib üzərində qələbə qazandıran qollar vurduq. Komanda tribunaların dəstəyinə yaxşı reaksiya verdi. Mənə görə, şanslar yenə də bərabərdir. Hələ heç nə qazanmamışıq. Çünki böyük komandaya qarşı oynayırıq”, – deyə Simeone bildirib.
