"Qalatasaray"ın prezidenti Ünal Aysal Burak Yılmaz haqqında danışıb.
Korner.az-ın məlumatına görə, Ünal Aysal son oyunlarda şansızlıq yaşan Burak haqqında bunları deyib:
"Sanki Buraka cadu ediblər. Ötən mövsüm rahatlıqla qol vururdu. Bu il eyni epizodlarda top "sözünə baxmır". Caduya inanmıram əslində, ancaq bu qədər də şansızlıq olmaz".
