Sane “Qalatasaray”a keçir?
11.06.2025 , 12:03

“Bavariya”nın futbolçusu Leroy Sane “Qalatasaray”a keçə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, İstanbul təmsilçisinin almaniyalı oyunçu ilə razılığa gəldiyi iddia olunur.
Türkiyə nəhənginin 29 yaşlı vinger üçün illik 11 milyon avro maaş təklif etdiyi bildirilib.
